Özünü politoloq kimi təqdim edən Nəzakət Məmmədova həbs edilib.
O, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.
N.Məmmədovaya qarşı Cinayət Məcəlləsinin 274-cü ( dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.
***17:55
Politoloq Nəzakət Məmmədova saxlanılıb.
Gununsesi.info Sfera.az-a istinadən xəbər verir ki, N.Məmmədova Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.
Xatırladaq ki, N.Məmmədova ölkəmizdə Rusiyanın əsas təbliğatçılarından biri kimi tanınır.
Qeyd edək ki, Nəzakət Məmmədova Putinin qəti tərəfdarı kimi tanınırdı.












