NATO xarici işlər nazirləri bu tarixdə görüşəcək

  • Müəllif: Firuzə
  • 02 Aprel 2026 21:43

Mayın 21-22-də İsveçdə NATO xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Gununsesi.info  xəbər verir ki, bu haqda Alyansın Brüsseldəki mənzil-qərargahı məlumat yayıb.

Şimali Atlantika Şurasının iclası İsveçin Helsinqborq şəhərində keçiriləcək və ona NATO-nun baş katibi Mark Rutte sədrlik edəcək.

Tədbirlərin tam proqramı hələ məlum deyil.

Gununsesi.info