“Neftçi” Premyer Liqaya qələbə ilə başladı

  • Müəllif: admin
  • 21 Avqust 2020 22:53

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün I turunda daha bir qarşılaşma keçirilib. 

Gununsesi.info-nun məlumatına görə, “Neftçi” doğma meydanda “Səbail”i qəbul edib.

“Bakcell Arena”da keçirilmiş qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Neftçi”nin heyətində Namiq Ələsgərov 16-cı və 66-cı dəqiqələrdə fərqlənib. 79-cu dəqiqədə isə Peyman Keşavarz fərqi azalda bilib.

Qeyd edək ki, günün ilk matçında “Keşlə” səfərdə “Sumqayıt”ı minimal hesabla üstələyib – 1:0. Avqustun 22-də “Qarabağ” – “Sabah”, 23-də isə “Qəbələ” – “Zirə” oyunu keçiriləcək.

 

 

Gununsesi.info