“Neftçi”nin əsas komandasının büdcəsi açıqlandı

  • By admin
  • 10 Sentyabr 2020 17:24

“Neftçi” klubunun bu mövsüm üçün xərcləri azalıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Neftçi”nin vitse-prezidenti Elnur Eyvazov klubun rəsmi televiziyasında yayımlanan “Həmsöhbət” verilişində məlumat verib.

O bildirib ki, əsas komandanın büdcəsi 40 faiz azalıb və 4 milyon manatdan az olacaq. Klub rəsmisi “Neftçi”nin Avropa Liqasında mərhələ keçəcəyi təqdirdə, bu rəqəmə çatacaqlarını vurğulayıb.

Bununla yanaşı, vitse-prezident əsas məqsədlərinin çempionluq olduğunu sözlərinə əlavə edib.

 

 

Gununsesi.info