Netanyahu ABŞ-ın İsrailə maliyyə yardımının dayandırılmasını istəyir

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın ölkəsinə göstərdiyi maliyyə yardımından mərhələli şəkildə imtina etmək istədiyini bəyan edib.

Gununsesi.info  xəbər verir ki, Netanyahu İsrailin artıq xarici yardımdan asılı olan kiçik iqtisadiyyata malik ölkə olmadığını bildirib.

 

“ABŞ-ın yardımını dayandırmaq istəyirəm. Bu, sosial müavinət kimidir, buna ehtiyacımız yoxdur. İqtisadiyyatımız artıq kiçik iqtisadiyyat deyil. ABŞ-dan aldığımız ÜDM-in həmin kiçik payını özümüz maliyyələşdirə bilərik. Bu prosesə elə bu ildən başlamaq istəyirəm”, – deyə Baş nazir vurğulayıb.