Netanyahu: “HƏMAS-ı tamamilə məhv etmək əzmindəyik”

 İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-ı tamamilə məhv etməkdə qərarlı olduqlarını bəyan edib.

Bu barədə Gununsesi.info RİA Novosti-yə istinadən xəbər verir.

“Biz gələcək uzun illər həyatımızı müəyyən edəcək tam qələbəyə nail olmaq əzmindəyik”, – deyə Netanyahu bildirib.

O, əlavə edib ki, İsrailə qarşı “əl qaldıran” hər kəs bunun “çox yüksək qiymətini ödəyəcəyini” artıq yaxşı anlayır.

 

 

Firuzə

Gununsesi.info