Növbəti “Açıq mikrofon” aksiyası Cəlilabadın kəndində keçiriləcək

  • By admin
  • 27 Sentyabr 2021 17:02

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.

Gununsesi.info-nun “Azəriqaz”a istinadən verdiyi məlumata görə, bu dəfə “Səyyar qəbul otağ”ı Cəlilabad rayonunun Cəfərli kəndində təşkil olunacaq.

Sentyabrın 28-də saat 11:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək. Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Gununsesi.info