Nüvə silahına görə Konstitusiyasını dəyişir

  • By Admin2
  • 02 İyul 2026 14:56

Litva Prezidenti Qitanas Nauseda bəyan edib ki, ölkə konstitusiyasından nüvə silahının yerləşdirilməsinə qoyulan qadağa çıxarıla bilər.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, bu, “gələcəkdə yeni şəraitin yaranacağı təqdirdə” Vilnüsün heç bir məhdudiyyətlə qarşılaşmaması üçün lazımdır.

Litvanın Müdafiə Nazirliyi də nüvə silahı da daxil olmaqla, kütləvi qırğın silahlarının ölkə ərazisində yerləşdirilməsi qadağasının ləğv edilməsini dəstəkləyib. Qurumun rəhbəri Robertas Kaunas bildirib ki, Litva NATO-da belə bir məhdudiyyətə sahib olan demək olar ki, yeganə ölkə olaraq qalmaqdadır.

Gununsesi.info