Pandemiya dövründə Nigeriyada cinsi təcavüz hallarının sayı üç dəfə artıb VİDEO

  • By admin
  • 24 Fevral 2021 19:27

COVID-19 pandemiyası dövründə Nigeriyada cinsi təcavüz hallarının sayı üç dəfə artaraq, bir neçə min olub. BMT-nin Uşaq Fondu hər dörd qızdan birinin cinsi zorakılığın qurbanı olduğunu, stiqma səbəbindən minlərlə təcavüz halının gizli saxlandığını bildirir. Nigeriyalı bir proqramist təcavüzə məruz qalanlar və stiqmadan qorunaraq, yardım üçün müraciət etmək istəyənlərə tətbiqetmə hazırlayıb.

 

Əsl adı deməkdən çəkinən, özünü Ancela Feliks adlandıran 22 yaşlı tələbənin dediyinə görə, əmisi oğlu ona keçən il pandemiya karantini zamanı təcavüz edib. O bunu ailəsinə və ya polisə bildirməkdən utandığını, həyatını xilas edən bir mobil tətbiqetməyə rast gələnə qədər intihar etməyi düşündüyünü deyir. “Bu tətbiqdə diqqətimi çəkən başıma gələni bildirmək və ya yardım almaq üçün heç kimlə əlaqə saxlamağın gərək olmaması idi. Beləliklə, bunu etməyə qərar verdim. Tətbiqi yüklədim, başıma gələni bildirdim və bunun necə yardım edə biləcəyini təsəvvür edə bilərsiniz.”

Oktyabr ayında təqdim olunmağa başlayan SmartRR tətbiqi təcavüz barədə şəxsən məlumat vermək kimi stiqmanın qarşısını alır, qurbanların məsləhət və dəstək almasına yardım edir. “Bu, stiqma problemini həll etməyin bir yoludur, çünki bu barədə xidmət göstərən tərəfə danışa və onunla əlaqə qura bilərsiniz. Bununla da heç kim sizdən, xidmət təminatçısı və bəlkə də cinayəti törədən şəxsdən başqa sizin kömək istədiyinizi heç kəs bilməyəcək. nə olub. Beləliklə də verilən məlumatların həcmi artır” – deyə, SmartRR yaradan Dayruq Samuel bildirir.

BMT-nin Uşaq Fondu (UNICEF) hər dörd nigeriyalı qız və qadından birinin cinsi zorakılığın qurbanı olduğunu bildirir. Lakin 200 milyondan çox əhalisi olan Nigeriyada hər il yalnız bir neçə min cinsi təcavüz halı barədə məlumat qeydə alınır. Bu isə o deməkdir ki, saysız-hesabsız təcavüz halları gizli saxlanır.

İnsan haqları fəallarının bildirdiyinə görə, bu, təcavüzkarlara qarşı mübarizənin qarşısını alır. Onlar SmartRR tətbiqinin yardım edə biləcəyinə ümid edir.

Pandemiya dövründə cinsi təcavüz hallarının sayının kəskin artmasına baxmayaraq, Nigeriyanın polis qüvvələri keçən il ölkə boyu yalnız 103 nəfərin məhkum olduğunu bildirib.

Gununses.info