Paşinyanın aksiyalarla bağlı yeni planları: Oliqarxlara “təxribat qrupları” yaratmaq tapşırıldı

  • By admin
  • 20 May 2022 16:46

Ermənistan hökuməti ölkədə davam edən aksiyalara son verməyin yollarını axtarır.

Belə ki, Ermənistan lideri Nikol Paşinyan müxalifətə cavab mitinqinin tərəflər arasında qarşıdurma şəklini ala biləcəyini düşündüyündən bu versiyaya üstünlük verməyib. Belə olan halda isə alternativ variantlar nəzərdən keçirilir.

 

Məsələn, etirazları dağıtmaq üçün hazırda “təxribat qrupları” üzərində düşünülür. Bu qrupların yaradılması erməni oliqarxlara və bir sıra deputatlara tapşırılıb. “Təxribat qrupları”nın vəzifəsi aksiyaçılar arasına sızaraq qarşıdurma yaratmaq olacaq.

Gununsesi.info