Paşinyanın Qaragöl məsələsini beynəlxalq problemə çevirməyə çalışır – ŞƏRH

  • By admin
  • 18 May 2021 14:23

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin başçılarına zəngələri davam edir. Zənglərin səbəbi isə Azərbaycanla Ermənistan arasında yaranmış sərhəd mübahisəsində üzv olan ölkələrin Ermənistanı bu məsələdə dəstəklənməsini istəməsidir. Bəs bu zənglərin KTMT-yə üzv olan ölkələrlə Azərbaycan arasındakı əlaqələrə mənfi təsiri ola bilərmi?

Gununsesi.info xəbər verir ki, Məsələ ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Modern.az-a açıqlama verib. Onun sözlərinə görə, Nikol Paşinyan “həyacan təbili” çalaraq, boş yerdən KTMT-yə üzv olan dövlətlərin başçısına saxta məlumatlar verir:

“Amma sonradan həmin ölkələr vəziyyətin dəqiqliyini yoxlamaq üçün Azərbaycan prezidenti ilə də əlaqə saxlayırlar. Azərbaycan prezidenti isə real durumu onlara anladır. Misal üçün dünən Azərbaycan prezidenti KTMT-yə üzv olan Qazaxıstanın başçısı ilə telefonla danışıb və real vəziyyətlə bağlı məlumat verilib. Bizə dost olan ölkələr- Belarusiya, Qazaxıstan var. Rusiyanın özü də bu məsələyə ciddi yanaşır”.

Politoloq ABŞ və Fransanın da sərhəddə yaranmış gərginliyə reaksiya verməsini təbii salıb.

“Hətta Ermənistana daha çox siyasi dəstək verən Amerika və Fransadakı siyasi dairələr belə daha sonra Bakıya zəng edirlər. Misal üçün, Fransanın Xarici İşlər Naziri, yaxud Amerika prezidentinin müşaviri dünən Azərbaycan prezidentinə zəng edib. Bu o demək deyil ki, Azərbaycanın bu ölkələrlə münasibətləri tamamilə pozulub”, – deyə o bildirib.

Gununsesi.info