Bu qidaları çayla içmək təhlükəlidir

  • By admin
  • 18 May 2021 14:18

37 dərəcədən isti olan çayı selikli qişanın yanma təhlükəsi səbəbindən bir sıra məhsullarla birlikdə içmək təhlükəlidir. Üstəlik, hər kəsin sevdiyi qaynar çay bəzi məhsulların dadını poza bilər.

Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə qastroentroloq, dietoloq İrina Berejnaya “Sputnik” radiosuna danışarkən bildirib.

“Çayda olan taninlər aşındırıcı xüsusiyyətə malikdir və bir çox məhsul isti çayla birlikdə xoşagəlməz dad verəcək. Bundan əlavə, yağlı qidalar bədən istiliyindən yüksək temperatura malik çayla birlikdə qəbul edildikdə bədənə çox miqdarda yağ daxil olacaq və mənfi təsir göstərəcək.

Qaynar çayın alkoqollu içkilərlə də birləşdirilməsi təhlükəlidir. Alkoqol çox güclü olduqda saf etanol selikli qişaya düşür və yanıqlara səbəb olur. Həm də isti içkilər alkoqolun qan dövranına sürətlə daxil olmasına kömək edir, nəticədə ürək-damar sisteminə, mərkəzi sinir sisteminə, ifrazat orqanlarına, ilk növbədə isə qaraciyərə yük düşür”, – həkim qeyd edib.

Gununsesi.info