Kremlin sözçüsü Dmitri Peskov Bolqarıstan hakimiyyətinin Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın olduğu təyyarənin Şimali Makedoniyaya uçuşuna icazə verməmək qərarını “absurd və axmaqlıq” adlandırıb.
“Əlbəttə, Bolqarıstan hakimiyyətinin bu cür mövqeyini heç nə ilə izah etmək mümkün deyil – bu, birinci məsələdir. İkincisi, bu, təbii ki, heç bir çərçivəyə sığmır. Üçüncüsü, bu, tamamilə absurddur və hətta demək olar ki, axmaqlıqdır”, – Peskov Rusiya mətbuatına istinadən bildirib.
Gununsesi.info xəbər verir ki, Kreml nümayəndəsi Bolqarıstan rəhbərliyini “hələ də bütün gücləri ilə qəbul edilən qərarlarda ayıqlığı qorumağa çalışmağa” çağırıb.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Skopyeyə gəlib. Təyyarə əvvəllər gözlənildiyi kimi Bolqarıstan ərazisindən yox, Yunanıstan ərazisindən keçib. Eyni zamanda, Bolqarıstan tərəfi Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın göyərtəsində olduğu halda, Rusiya nazirinin təyyarəsinin uçuşuna icazə verməkdən imtina edib.
Rusiya nümayəndə heyətinin tərkibində uçan Zaxarovanın özü də Bolqarıstan tərəfinin bu qərarını “təhlükəli axmaqlıq” adlandırıb.
Gununsesi.info