Peskov Kremlin mövqeyini çatdırdı

“Aİ ölkələrinin Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişini məhdudlaşdırmaq qərarları absurddur və onsuz da acınacaqlı olan münasibətlərə mənfi təsir göstərir”.

 

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

 

“Rusiya Federasiyası Aİ ölkələrinin Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişini məhdudlaşdırmaq qərarlarına onun üçün faydalı olan şəkildə cavab verəcək, bu, həmişə “güzgü tədbirləri” deyil. Rusiya cəmiyyətinin Putin ətrafında möhkəmlənmə səviyyəsi 1993-cü ilin oktyabr hadisələrinin təkrarlanmasını mümkünsüz edir. Avropada öz ölkələrinin suverenliyini düşünən istənilən siyasətçini indi rusiyapərəst adlandırırlar, amma bu, absurddur. “Qazprom” və Moldova arasında təmaslar davam etməlidir, çünki Moldova tərəfinin borcları var. Oktyabrın 7-də MDB dövlət başçılarının qeyri-rəsmi sammiti planlaşdırılmır, Putinin müntəzəm tədbirlər planı var. Putinin Qırğızıstana səfərinin tarixi müəyyən edilib, lakin bunu açıqlamaq hələ tezdir. O, Şimali Osetiya rəhbəri ilə görüşəcək”, – sözçü belə söyləyib.

 

Gununsesi.info