Lənkəran Dövlət Universitetinə rektor təyin edilib.
Gununsesi.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Natiq Səhrab oğlu İbrahimov növbəti dəfə Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib.
Qeyd edək ki, N.İbrahimov 2016-2021-ci ilə qədər Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra etmiş, dövlət başçısı 2021-ci ildə Natiq İbrahimovun Lənkəran Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında Sərəncam imzalamışdı.












