Putin ABŞ-a xəbərdarlıq edib

  • By admin
  • 21 Dekabr 2021 15:31

“Rusiya ABŞ-ın dost olmayan addımlarına cavab olaraq uyğun hərbi-texniki tədbirlər həyata keçirəcək”.

Gununsesi.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin genişləndirilmiş iclasında bildirib.

“Qərbli həmkarlarımız açıq-aşkar təcavüzkar xətti davam etdirərlərsə, biz uyğun cavab olaraq hərbi-texniki tədbirlər görəcəyik. Dost omayan addımlar sərt cavab veriləcək. Rusiyanın suverenliyi və təhlükəsizliyini təmin etmək üçün bu istiqamətdə fəaliyyət göstərməyə tam haqqımız çatır”, – o vurğulayıb.