Qəbələdə DƏHŞƏTLİ QƏZA: iki nəfər öldü

  • By admin
  • 15 May 2022 11:38

Qəbələ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə bu gün səhər saatlarında Qəbələ-Əmili avtomobil yolunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində iki nəfər dünyasını dəyişib. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.

Məlumata görə, qəzada ölənlər kürəkən və qayındır.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info