Qələbənin resepti sadədir: tanklar, təyyarələr… – PODOLYAK

  • By admin
  • 15 May 2022 15:30

Rusiyanın başlatdığı müharibəni bu il bitirmək üçün təcili şəkildə neft embarqosu tətbiq edilməli, Ukraynaya təyyarələr, tanklar və artilleriya sistemləri göndərilməlidir.

Gununsesi.info  xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak deyib.

“Ukrayna dünyada hər kəs kimi Rusiya ilə uzunmüddətli müharibədə maraqlı deyil. Bu ay müharibəni bitirə bilmərik, amma bunu bu il edə bilərik. Qələbənin resepti sadədir: neft embarqosu, tanklar, təyyarələr və artilleriya. Gəlin bunu birlikdə bitirək”, – Podolyak bildirib.

Gununsesi.info