“Qaçqınkom” Bakıda daha 3 bina tikəcək – BU QƏSƏBƏDƏ

  • By admin
  • 28 Aprel 2021 09:53

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə (“Qaçqınkom”) Bakıda daha 3 yaşayış binası tikməyə icazə verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinən bildirilib.

Məlumata görə, yeni binalar paytaxtın Qaradağ rayonunun Ümid qəsəbəsində inşa ediləcək. Obyektlərin layihəçisi “Kapitel” MMC-dir.