Qanunsuz ov edən şəxs cəzalandırıldı

  • By admin
  • 26 Avqust 2021 17:08

Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın “Kiçik körfəz” adlanan ərazisində ov edən şəxs saxlanılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova  bildirib ki, araşdırma zamanı brakonyerin Lənkəran şəhər sakini Əliyev Hakim olduğu məlum olub.

O qeyd edib ki, faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbirlər görülüb.