Qaradağda faciəvi hadisə - ÖLƏN VAR

  • By admin
  • 16 May 2021 15:13

Mayın 15-də saat 20 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində ağır yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, Lənkəran rayon sakini E.Şahmuradov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Natiq Balakişiyevi vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Gununsesi.info