Qızıl bahalaşdı, gümüş ucuzlaşdı

  • Müəllif: Orxan
  • 30 İyul 2026 09:49

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın qiymətində artım qeydə alınıb.

Gununsesi.info birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də qızılın bir troya unsiyasının qiyməti əvvəlki ticarət sessiyası ilə müqayisədə 0,1% artaraq 4 101 ABŞ dollarına çatıb.

Birjada gümüş isə əks istiqamətdə hərəkət edib. Belə ki, gümüşün bir unsiyasının qiyməti 1,24% azalaraq 57,37 ABŞ dolları təşkil edib.

Gununsesi.info