Qonşu ölkədə ötən sutkada 117 nəfər koronavirusun qurbanı olub

  • By admin
  • 27 Avqust 2020 14:54

İranda ötən sutka ərzində 117 nəfər koronavirusdan (COVID-19) ölüb.

Gununsesi.info-nun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 21137 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 2190  nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 367796 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3822  nəfərin vəziyyəti ağır qiymətləndirilir.

O əlavə edib ki, İranda indiyədək  316 638  nəfər koronavirusdan sağalıb.

 

 

Gununsesi.info