YAP-ın qurucularından biri Ramiz Mehdiyevi ittiham etdi

  • By admin
  • 27 Avqust 2020 15:04

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toy məclisi ölkənin əsas müzakirə mövzusu olub.

Belə ki, karantin qaydalarını pozaraq nəvəsinə toy edən Ramiz Mehdiyev bu məclisə ölkənin bir sıra məmurlarını, Milli Məclisin üzvlərini və bir sıra tanınmış şəxsləri də dəvət edib. Həmin toyda iştirak edən şəxslər barəsində hüquqi məhsuliyyət müəyyən olunmaqla yanaşı həmdə ciddi ictimai qınaqla üzləşib. Bu isə Ramiz Mehdiyevi qəzəbləndirib.

Belə ki, son günlər dəvamlı siyasi bəyənatlar səsləndirən Ramiz Mehdiyev onu tənqid edənləri riyakarlıqda ittiham edib.

Gununsesi.info-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının ilk qurucularından olan, “91-lərin” təmsilçisi Tofiq Vəliyev Mehdiyev haqqında bir sıra fikirlər səsləndirib:

“Ramiz Mehdiyev ötən dövrdə hakimiyyətdəki mövqeyindən istifa edərək Heydər Əliyevə səmimi bağlı olan, onun ideyalarına sadiq qalan şəxsləri həmişə cəzalandırmaqla məşğul olub. Mənim işlə təmin olunmağımla bağlı mərhum prezidentimiz Heydər Əliyev Ramiz Mehdiyevə xüsusi məktub yazmışdı. Ancaq mən bu ötən illər ərzində Ramiz Mehdiyevin qəbuluna girib özümə iş ala bilmədim. Ümumiyətlə, Ramiz Mehdiyev Heydər Əliyevə sadiq adamları, bu partiyanın qurucularını hər zaman çalışıb ki, hakimiyyətdən, dövlətdən narazı salsın. Ötən illər ərzində mən işsiz qalsam da belə öz əqidəmə sadiq qalmışam. Ancaq bu gün Ramiz Mehdiyev işdən kənarlaşdırıldığına görə artıq böhtanlara başlayıb.”

 

Gununsesi.info