Qusarda ictimai qaydanı pozan şəxs saxlanıldı

  • Müəllif: Firuzə
  • 12 Sentyabr 2026 22:23

Qusar rayonunda kəsici alətlə ictimai qaydanı pozan şəxs polis əməkdaşlarına müqavimət göstərib.

Gununsesi.info xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Məlumata görə, 22 yaşlı şəxs polis əməkdaşları tərəfindən xidməti tabel silahı tətbiq edilməklə saxlanılaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info