Rəşad Rəsullu yüksək vəzifəyə təyin edildi

  • By admin
  • 23 Noyabr 2021 10:41

Azərbaycan Cüdo Federasiyasına (ACF) yeni baş katib təyin olunub.

ACF İcraiyyə Komitəsi bu vəzifəni Rəşad Rəsulluya həvalə edib. O, yeni vəzifədə Elmar Babanlını əvəzləyib.

Qeyd edək ki, Rəşad Rəsullu Azərbaycan Dövlət İqtisad Universitetində “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavr və magistr təhsili alıb. Əmək fəaliyyətinə Mərkəzi Bankda başlayan R.Rəsullu karyerası dövründə ölkə daxilində və xaricində müxtəlif qurumlarda aparıcı və rəhbər vəzifələrdə çalışıb, idarəetmə sahəsində böyük təcrübəyə malikdir.

Gununsesi.info