Rusiyada casusluq ittihamı ilə mühakimə olunan Wall Street Journal-ın jurnalisti Evan Qerşkoviç Qərblə böyük məhbus mübadiləsi çərçivəsində azad edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Bloomberg məlumat verib.
Onların sözlərinə görə, 2020-ci ildə casusluqda təqsirli bilinən keçmiş ABŞ dəniz piyadası Pol Uilan da azad edilib. Həm Gerşkoviç, həm də Uilan 16 il həbs cəzası almışdılar.
Gerşkoviç Uralvaqonzavodun fəaliyyəti haqqında məlumat toplamaqda, Uilan isə guya FSB kursantları haqqında məlumat əldə etməyə cəhddə ittiham olunurdu.
Hazırda hər ikisi Rusiyanı tərk etmək yolundadır. ABŞ və müttəfiqləri məhbusları azad edib mübadilə üçün Rusiyaya göndərəcək.
Məlumata görə, Soyuq Müharibədən sonra ən böyük olacağını vəd edən Qərblə məhbus mübadiləsinin birinci mərhələsi Kalininqradda baş tutub.
Sloveniyada casusluq ittihamı ilə 1 il 7 ay müddətinə azadlıqdan məhrum edilən Artem və Anna Dultsev Rusiyaya ekstradisiya edilib.
Dünən The Moscow Times-a vəziyyətlə tanış olan mənbə bildirib ki, Rusiya kəşfiyyat zabitləri və agentləri müqabilində 20-30 rusiyalı siyasi məhbus və jurnalisti Qərbə ekstradisiya edə bilər.
Şəbnəm Rəhimova
Gununsesi.info