Rusiya Belarusa “İsgəndər-M” verəcək

  • By admin
  • 26 İyun 2022 12:27

Rusiya Prezidenti Vladimir Putin Belarus prezidenti Aleksandr Lukaşenko ilə telelviziyada yayımlanan görüşündə bildirib ki, Rusiya müttəfiqi Belarusu İsgəndər-M tipli raket sistemi ilə təmin edəcək.

Putin iyunun 25-də deyib ki, sistemlər bir neçə ay ərazində çatdırılacaq.

İsgəndər-M mobil 500 kilometr məsafə qət edə bilən idarə-olunan raket sistemidir.

Putin və Lukaşenko Sankt Peterburqda iki ölkə arasında diplomatik əlaqələrin yaranmasının 30 illiyi münasibətilə görüş keçirib. Görüş Ukryananı “Belarus ərazisi və hava hövzəsindən” şimalda yerləşən Çernihiv bölgəsini hədəf alan “kütləvi raket bombardmanına” məruz qaldığını bildirdiyi bir vaxta təsadüf edib.

Ukrayna ordusu bildirib ki, raketlər infrastruktura tuş gəlsə də, hələ ki, tələfat yoxdur.

“Bugünükü hücum Kremlin Belarusu Ukraynadakı müharibəyə müştərək döyüşçü kimi cəlb etmək səyləri ilə birbaşa əlaqəlidir”, Ukraynanın kəşfiyyat xidməti bildirib.

Belaus Ukraynadakı müharibədə birbaşa iştirak etməsə də, Rusiyanın fevralın 24-də başlatdığı hərbi müdaxiləni logistik dəstəklə təmin edib. Belə ki, bəzi Rusiya qüvvələri Ukraynaya Belarus sərhədindən daxil olub.

Qərb ölkələri Kremlin Ukraynaya qarşı müharibəsi və Belarusun Rusiyanın işğalına yardım etmək səylərinə cavab olaraq Rusiya kimi Belarusa da çox sayda maliyyə sanksiyaları tətbiq ediblər.

Günay
Gununsesi.info