Rusiya Çernobıl AES-dən hərbi baza kimi istifadə edir

  • By admin
  • 16 Mart 2022 13:22

Rusiya ordusu Zaporojye və Çernobıl Atom Elektrik Stansiyalarından hərbi baza kimi istifadə edir.

Gununsesi.info xəbər verir ki, bunu “Enerqoatom”un rəhbəri Petr Kotin deyib.

“Yalnız orada (Zaporojye AES-də – red.) artıq 6 enerji bloku və həddən artıq çox nüvə materialı var. Hər bir reaktorda nüvə tam olaraq yanacaqla yüklənir və hər bir enerji blokunda işlənmiş nüvə yanacağının saxlanması üçün hovuz var. Hər şeyi indiki formada qoysalar, pis heç nə olmayacaq. Hələlik onlar bizim şəxsi heyətin işinə mane olmurlar”, – Kotin bildirib.

“Enerqoatom” rəhbəri qeyd edib ki, Zaporojye AES daha çox qorunur. O əlavə edib ki, AES-in bilavasitə yaxınlığında partlayışın olması bölgədə böyük fəlakətə səbəb ola bilər.

Gununsesi.info