Rusiya Tokio ilə sülhdən imtina edib, təlimlərə başladı

  • By admin
  • 26 Mart 2022 15:57

Rusiya Yaponiyanın Şimal ərazisi adlandırdığı və üzərində hüquqlarını iddia etdiyi Kuril adalarının da daxil olduğu bölgədə hərbi təlimlərə başlayıb.

Gununsesi.info  xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada artilleriya birlikləri də daxil olmaqla, 3 min əsgərin təlim keçdiyi, eyni zamanda kəşfiyyat fəaliyyətləri üçün ən müasir pilotsuz uçuş aparatlarından istifadə olunduğu və tank əleyhinə raket buraxılış prosedurlarının həyata keçirildiyi bildirilib.

Yaponiya mediası Rusiyanın Yaponiya ilə sülh müqaviləsi danışıqlarını dayandırmasından sonra keçirilən təlimi “Tokioya hədə-qorxu gəlmək” kimi şərh edib.

Gununsesi.info