Rusiyada azərbaycanlı biznesmen öldürüldü

  • By Mina
  • 20 Aprel 2024 15:29

Rusiyanın Moskva vilayətində azərbaycanlı iş adamı Nazim Əhmədov qətlə yetirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya KİV-ləri xəbər verib.

Məlumata görə, 60 yaşlı Nazim Əhmədov Balaşixa şəhərində sahibi olduğu universamın yanında öldürülüb.

Naməlum şəxs Nazim Əhmədova odlu silahdan 5 dəfə atəş açıb. Əhmədov təcili tibbi yardım gələnədək hadisə yerində ölüb. Qətlin motivləri hələlik bəlli deyil.

Gununsesi.info

Cinayəti törədən şəxsin axtarışı həyata keçirilir.