Rusiyada İES-də GÜCLÜ YANĞIN - VİDEO

  • By admin
  • 30 Aprel 2022 11:11

Rusiyada Saxalin İstilik Elektrik Stansiyasında yanğın baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Saxalin vilayətinin qubernatoru Valeri Limarenko bildirib ki, xilasedicilər turbinlərdən birində dam örtüyünə yayılan yanğınla mübarizə aparır.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Baş İdarəsi 30 əməkdaşın yanan binanı özbaşına tərk etdiyini bildirib.

“Saxalinenerqo” şirkəti yanğına turbogeneratorlardan birinin dayanmasının səbəb olduğunu açıqlayıb.

Gununsesi.info