Rusların bütün istiqamətlərdə hücumları dayandırıldı

Ukrayna qoşunları düşmən ordusunun bütün istiqamətlərdə hücumunu dayandırır.

Gununsesi.info xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski bildirib.

“Müdafiəçilərimiz düşmən ordusunun bütün istiqamətlərdə fəaliyyətini dayandırmaqda davam edir. Bu yaz günlərində biz hər gün mühüm vaxt qazanırıq və düşmənin əlverişli mövqeləri zəbt etməsinə imkan vermirik”, – o vurğulayıb.

Komandirin sözlərinə görə, Ukrayna hərbçiləri düşməni effektiv şəkildə vura biləcəklərini dəfələrlə nümayiş etdiriblər.

 

Gununsesi.info