Şəhid ailəsinin yaşadığı binada faciə baş verə bilər – FOTOLAR

Badamdar qəsəbəsi Neftçilər küçəsi ev 3, mənzil 5-də faciə yaşana bilər. 

Bu barədə “Yeni Sabah”a mənzil sakini Elşən Əliyev məlumat verib.

“Yaşadığımız evin eyvanı uçmaq təhlükəsi ilə üz-üzədir. Keçən il qəsəbədə faciə yaşandı. Binanın fasadından qopan üzlük daşı yaxınlıqdan keçən uşağın başına düşdü. Nəticədə Əli Şabanov dünyasını dəyişdi. Ondan sonra Səbail rayon İcra Hakimiyyəti hərəkətə keçdi. Təmirə ehtiyacı olan eyvanların bərpasını start verildi. Bizim binanın eyvanlarına baxış keçirildi. Təəəssüf ki, işlər yarımçıq qaldı. Maraqlanan yoxdur. Eyvanın altından hər gün onlarla insan keçir. Sabah hansısa faciə yaşanarsa, məsuliyyət kimin üzərində qalacaq?!”.

Elşən Əliyev onu da əlavə edib ki, binanın zirzəmisinə kanalizasiya dolub. Çirkab sular antisanitariya şəraiti yaradıb və ağcanaqanad əlindən tərpənmək olur.

“Bizim binada Vətən müharibəsi şəhidi Cavidan İbrahimlinin ailəsi də yaşayır. Binada vəziyyət yaxşı deyil. Azərsudan gəlib baxıblar. Hələki nəticə yoxdur”.

Gununsesi.info