Səudiyyə Ərəbistanında Camal Qaşıqçının ölümü ilə bağlı 8 nəfərə hökm oxunub

  • By admin
  • 07 Sentyabr 2020 19:47

Səudiyyə Ərəbistanı məhkəməsi “The Washington Post” qəzetinin əməkdaşı Camal Qaşıqçının öldürülməsi ilə bağlı məhkəmə işində səkkiz nəfər barəsində hökm oxuyub. 

Gununsesi.info-nun “Euronews”a istinadən verdiyi xəbərə görə, təqsirləndirilənlərdən beş nəfərin hər biri 20 il azadlıqdan məhrumetmə ilə cəzalandırılıb.

Bir nəfərə 10 il, iki nəfərə isə 7 il həbs cəzası verilib.

Xatırladaq ki, Səudiyyə Ərəbistan əsilli, amerikalı jurnalist C. Qaşıqçı 2 oktyabr 2018-ci il tarixində Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilib.

 

 

Gununsesi.info