Sabah güclü külək əsəcək

  • By admin
  • 07 Fevral 2022 18:54

Bakıda və Abşeron yarımadasında fevralın 8-i günün ikinci yarısından fevralın 10-dək cənub-qərb küləyinin arabir 15-20 m/s, fevralın 9-da axşam arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin küləkli hava şəraiti haqqında yaydığı xəbərdarlıqda bildirilib.

Qeyd edilib ki, Azərbaycanın rayonlarında fevralın 8-i gündüzdən fevralın 10-u səhərədək cənub-qərb küləyinin arabir 15-20 m/s, fevralın 9-da axşam ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

 

 

Gununsesi.info