Səfirlikdən qrant alan ictimai fəal yoxa çıxıb

  • Müəllif: admin
  • 24 Dekabr 2025 14:31

Niderland Krallığının Azərbaycandakı səfirliyindən qrant alan ictimai fəal Rəbiyyə Məmmədova yoxa çıxıb.

 

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, səfirliklə qrant müqaviləsi imzalayandan sonra ayrılmış   vəsaiti nağdlaşdıran ictimai fəal sonrakı günlər Azərbaycanı tərk edib.

Məsələyə aydınlıq gətirmək üçün Rəbiyyə Məmmədova ilə əlaqə saxlamaq cəhdimiz baş tutmadı.

Qeyd edək ki, Rəbiyyə Məmmədova parlament seçkilərində deputatlığa namizəd kimi məşhur olub.

Bundan başqa o, İqtisadiyyat Nazirliyinin də tənqidçisi kimi tanınır.

 

Günay Mahirqızı

Gununsesi.info