“Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) dünyanın ən böyük regional qurumlarından biridir və dünya əhalisinin təxminən 40 faizini əhatə edir”.
Bu fikirləri Gununsesi.info-ya açıqlamasında siyasi şərhçi Yusif Zeynalov deyib:
“Belə bir təşkilatda Azərbaycanın iştirakının dərinləşməsi ölkəmizə həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik baxımından əlavə imkanlar yaradır.
Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə əməkdaşlıq təşkilatı üzv dövlətlərlə münasibətləri strateji prioritetlərindən biridir. Bu, ölkəmizi Avrasiya məkanında yeni nəqliyyat-logistika qovşağına çevirir”.
Yusif Zeynalov vurğulayıb ki, Çin, ŞƏT daxilində dominant iqtisadi güc olaraq çıxış etməklə, Kəmər-Bir Yol layihəsi çərçivəsində iştirakçı ölkələrlə əməkdaşlığa xüsusi maraq göstərir.
“Bu isə Azərbaycan-Çin əlaqələrinin potensialının daha da geniş olduğunu göstərir.
Xüsusilə Azərbaycanın müasir dövrdə iqtisadi potensialının və nəqliyyat-logistika tranzit imkanlarının genişlənməsi, böyük iqtisadi gücə malik Çin üçün də strateji maraq kəsb edir”-deyə o əlavə edib.
Firuzə











