ABŞ-də səfərdə olan Şeyxülislam Allahşükür Paşazadə Ağ Evdə ABŞ vitse-prezidenti ofisinin Milli təhlükəsizlik məsələləri üzrə xüsusi müşaviri Endryu Lumis, Vitse-prezident Aparatının Strateji məsələlər üzrə xüsusi müşaviri Maykl İmbrenda və Dövlət Departamentinin Siyasət Planlaşdırma Şöbəsinin üzvü Conatan Askonas ilə görüşüb.
Bu barədə Gununsesi.info-ya Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Şeyxülislam ABŞ tərəfini Azərbaycanı din azadlığının vəziyyətinə görə Xüsusi Müşahidə Siyahısından çıxarmağa çağırıb. Belə bir siyahıda Azərbaycanın adının yer almasının ölkədə hökm sürən multikultural mühitə və dinlərarası harmoniyaya heç də uyğun olmadığını bildirib.














