İstanbulda sosial media platformalarında silahla foto paylaşan şübhəlilərə qarşı əməliyyat keçirilib.
Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, əməliyyat zamanı 55 şübhəli saxlanılıb, 100 sənədsiz silah götürülüb.
İstanbul Polisi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbə Müdirliyi qrupları silah istehsalı, ticarəti və daşınması kimi cinayətlərə qarışan şəxslərin müəyyən edilərək tutulması üçün işə başlayıb .
Sosial media platformalarında silah yerləşdirərək, sosial media vasitəsilə silahdan istifadəni təşviq edərək ictimaiyyətdə qorxu və çaxnaşma yaratdığı təsbit edilən şübhəlilərdən eyni zamanda 11 ədəd patron, 2 ədəd ov tüfəngi, 2 ədəd şəffaf çantada 10 qram kokain və marixuana, saxta dövlət nömrə nişanı da götürülüb.
Orxan Saffari