Hazırda “Space” Televiziyasına yeni baş direktor təyin edilib.
Gununsesi.info-nun etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, həmin şəxsin kimliyi bu gün açıqlanacaq.
İlkin məlumata görə, kanalın baş direktoru Ayaz Mustafayevdir.
Bildirilir ki, yeni rəhbərin kollektivə təqdimatı ilə bağlı telekanalda xüsusi hazırlıq işləri görülüb.
Xatırladaq ki, bir neçə gün öncə “Space” Televiziyasının baş direktoru Vado Korovin tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, “Space” Televiziyasının təsisçisi ölkə başçısının bacısı Sevil Əliyevadır.
Elmar












