Su kanalında batan gəncin cəsədi tapıldı

Sabirabad rayonunda su kanalında batan 20 yaşlı gəncin meyiti tapılıb.

Gununsesi.info APA-ya istinadla xəbər verir ki, Qaragüney kənd sakini, 2005-ci il təvəllüdlü Səfərağa Musayevin boğulduğu kanala dalğıc-xilasediciləri cəlb olunublar.

Axtarışlar nəticəsində suda boğulan gəncin meyiti batdığı yerdən 15-16 kilometr aralıda tapılıb. pizza mizza

Bu gün saat 16:00 radələrində cəsəd aidiyyəti üzrə təhvil verilib.

 

 

Gununsesi.info