Sumqayıtda toy korteji qəzaya düşdü

  • By admin
  • 19 İyul 2021 19:18

Sumqayıt şəhərində toy korteji qəzaya düşüb.

Gununsesi.info  xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. Kortejdə olan avtomobillərdən biri Təmizlik departamentinin qadın işçisini vurub. Zərərçəkən xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.