“Süni intellektə müraciət etmək çox önəmlidir”.
Gununsesi.info xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin milli final mərhələsinin rəsmi açılış mərasimində bildirdi.
Onun sözlərinə görə, dünyada xüsusi bazalar yaradılır:
“Bu bazalar informasiyanı emal etmək üçün önəmlidir. Ölkə prezidenti süni intellektlə bağlı sərəncam imzalayıb. Strategiya müəyyən olunub. Bundan sonra ölkənin tədris proqramlarında süni intellektlə bağlı proqramlar, ixtisaslar təqdim olunacaq”.












