Təhlükəli asteroid Yerin yaxınlığından keçəcək

  • By admin
  • 30 Avqust 2020 10:40

ABŞ-ın aeronavtika və kosmik sahənin tədqiqatı üzrə Milli İdarəsi (NASA) 22-49 metrə qədər diametrə malik asteroidin Yer kürəsinə yaxınlaşması haqqında xəbərdarlıq edib.

Bu barədə Gununsesi.info  TASS-a istinadən xəbər verir.

İdarənin məlumatına görə, “2011 ES4” adı almış asteroid sentyabrın biri  planetimizin yanından 120 milyon kilometr məsafədə, 8 km/s sürətlə keçəcək.

Asteroid 2011-ci ilin mart ayında kəşf edilib. Astronomlar onu Apollona – orbitləri Yer kürəsinin orbiti ilə kəsişən asteroidlərə aid edirlər.

 

 

Gununsesi.info