Tərəfdarları İmran Xanın həbsinə imkan vermədi - QARŞIDURMA OLDU

  • By admin
  • 15 Mart 2023 19:25

Pakistanın əsas müxalifət lideri İmran Xanı həbs etmək mümkün olmayıb.

Gununsesi.info BBC-yə istinadən xəbər verir ki, polis onu həbs etməyə çalışarkən şiddətli toqquşmalardan bir neçə saat sonra tərəfdarlarını evinin qarşısında salamlayıb.
O, kütlə qarşısında çıxış edərək Lahor şəhərindəki iqamətgahının yaxınlığında toplaşanlarla şəkil çəkdirib.

Videolardan birində onun qaz maskası taxdığını görmək olar. Gecə boyu baş verən qarşıdurmalar zamanı polis gözyaşardıcı qazdan istifadə edib.

Bir məmur BBC-yə bildirib ki, həbs əməliyyatı dayandırılıb.

Pəncabın Müvəqqəti İnformasiya Naziri Amir Mir deyib ki, qarşıdurma böyük nəqliyyatın pozulmasına səbəb olduğundan, cənab Xanın tutulması üçün məhkəmənin əmri ilə keçirilən əməliyyat dayandırılıb.

Tərcümə:
Afət Abbasova