Təxliyyələrdən sonra Kabildə bir ilk

  • By admin
  • 09 Sentyabr 2021 22:55

150 əfqan Qətər üzərindən ABŞ-a getmək üçün Əfqanıstandan ayrılıb.

Gununsesi. info xarici KİV-ə istinadən xəbər verir ki, Kabil aeroportunun rəsmisi Əbdül Hadi Həmdaradın sözlərinə görə, onların bir qisminin ikili vətəndaşlığı olub.

Onlər Qətər Hava Yollarına məxsus təyyarə ilə Dohaya aparılıb.

Təyyarəyə yalnız ABŞ pasportu və ya qanuni səyahət sənədi olan şəxslərin minməsinə icazə verilib.

Bu, ABŞ da daxil olmaqla, 15 avqustda başlayan təxliyyələrin tamamlanmasından sonra Kabildən ilk uçuş olub. Sözügedən şəxslər Dohadan ABŞ-a uçacaqlar.

Gununsesi. info