Naqif Həmzəyev YAP sədrliyindən gedir -SƏBƏB

  • By admin
  • 10 Sentyabr 2021 08:39

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) son qurultayında qəbul olunmuş yeni Nizamnaməyə görə, şəhər və rayon təşkilatlarının sədrləri ikinici vəzifə tuta bilməzlər. Bura həmçinin parlamentdə təmsilçilik də daxildir.

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili, Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev bildirib.

Qeyd edib ki, həmçinin YAP-ın sonuncu qurultayda ölkə Prezidenti İlham Əliyev tərəfindən ona yenidən böyük etimad göstərilərək hakim partiyanın Nəzarət-Təftiş Komissiyasının üzvü seçilməyi səbəbindən Gəncə şəhər təşkilatının sədri vəzifəsinə namizədliyi irəli sürülməyəcək.

“Yolumuza Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Yeni Azərbaycan Partiyası Nəzarət-Təftiş Komissiyasının üzvü olaraq davam edəcəyik. Hər kəsə uğurlar!”-deyə, o, sonra bildirib.

Gununsesi.info