Təyyarədə DAVA: Uçuş vaxtı pilotu döydülər

  • By admin
  • 12 May 2022 18:05

Yunanıstanın Krit adasına enməyə hazırlaşan təyyarədə sərxoş sərnişinlər insident törədib.

 

Gununsesi.info  xarici KİV-ə istinadən xəbər verir ki, həmin şəxslər sərnişinlərə söz ataraq, təyyarədə dava salıblar.

 

Hadisənin qarşısını almaq üçün kabinədən çıxan pilot da hücuma məruz qalıb. Sərxoş sərnişinlər onları sakitləşdirməyə çalışan pilotun üzünə yumruq zərbələri vurublar.

 

İnsident zamanı bir qadının xəsarət aldığı bildirilir.

Gununsesi.info