Tbilisidən Bakıya uçan təyyarə texniki səbəblərdən gecikir

Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-8230 nömrəli Tbilisi-Bakı reysini yerinə yetirən təyyarəsinin uçuşu texniki səbəblərdən gecikir.

Bu barədə Gununsesi.info  -ya “Azərbaycan Hava Yolları” QSC-dən məlumat verilib.
Bildirilib ki, gecikən reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar. Yaxın saatlarda reysin Bakıya yola düşməsi gözlənilir.
Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.
AZAL üçün uçuşların təhlükəsizliyi bir nömrəli prioritet olduğunu və yaranmış narahatlığa görə üzrxahlığımızı bildiririk.